Polis arvadı intihar etdi

Intihar

Bakının Xətai rayonu ərazisində intihar edən qadın polis əməkdaşının arvadı imiş.

Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən verilnə əmlumata görə, Nəsrəddin Tusi küçəsi-49 ünvanında yaşayan Qəmər Həsən qızı Hacıyeva rayon ərazisində post-patrul xidmətində çalışan polis serjantı Edqar Nazim oğlu Hacıyevin həyat yoldaşı olub.

Hazırda baş verən hadisənin dəqiq səbəbləri araşdırılır.

***10.57

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

XALQ.AZ-ın lent.az-a istinadən verdiyi məlumata görə, Xətai rayonu Nəsrəddin Tusi küçəsi 49 ünvanında 1987-ci il təvəllüdlü Hacıyeva Qəmər Həsən qızı özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

Bildirilir ki, dünən 27 yaşlı Q.Hacıyeva həyat yoldaşı və digər yaxın qohumları ilə paytaxtda keçirilən toy mərasimində iştirak edib. Gecə saatlarında onlar rayondan gəlmiş bir neçə qohumları ilə evə qayıdıblar. Saat 02 radələrində isə naməlum səbəblərdən Q.Hacıyeva mənzilin pəncərəsinə çıxaraq özünü atıb. Onun yaxınları 27 yaşlı Qəmərin məhz həyat yoldaşı ilə dalaşdıqdan sonra, ərinin zorakılığı nəticəsində intihar etdiyini iddia edirlər.

Belə ki, gecə saatlarında intihar etmiş Q.Hacıyevanın yaxınları onun ölümünə inanmayaraq təcili olaraq 7 saylı təcili tibbi yardım stansiyasına aparıblar. Burada qadının öldüyü dəqiqləşib. Elə bu zaman Q.Hacıyevanın doğmaları ilə onun həyat yoldaşının yaxınları arasında dava-dalaş düşüb. Əraziyə cəlb edilmiş polis tərəfləri ayırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. araşdırmalar aparılır.

Qeyd edək ki, ailənin bir azyaşlı övladı var.