Polis özünü güllələdi

 

 

Hadisə insanların39 gözü önündə baş verib.

Türkiyənin Şanlıurfa şəhərində polis küçənin ortasında özünü güllələyib.

Xalq.az  ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə insanların gözü qarşısında baş verib.

Belə ki, küçənin kənarında avtomobilini saxlayan 23 yaşlı polis serjantı Abuzər Ç. maşından düşüb. Polis xidməti silahını çıxarıb və başına atəş açıb. Hadisəni görən insanlar dərhal həkim çağırıb. Onu xəstəxanaya yerləşdiriblər.

Həkimlərin səyinə baxmayaraq, Abuzər Ç.-nin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, polis məktəbini yenicə bitiribmiş və hazırda Şanlıurfa şəhərində polis bölməsində işləyir.

Faktla bağlı araşdırma aparılır.