Prezident 3 günlük matəm elan edib

111

Kolumbiya prezidenti Xuan Manuel Santos məşhur yazıçı Qabriel Qarsia Markesin ölümü ilə bağlı ölkədə 3 günlük matəm elan edib.

Xalq.az-ın məlumatına görə, Qarsia Markes dünən 87 yaşında dünyasını dəyişib. Bir neçə gün əvvəl o, klinikadan çıxmışdı. Yazıçı antibiotiklərlə müalicə kursu keçmişdi.

“Kolumbiya bizim hər dövrün ən sevimli yazıçısının bizi tərk etməsindən sonra matəmə düşdü. Markes bizim Nobel laureatımızdır. O, tarix boyu ölkəmizin adını ucaldıb”,- deyə Satos bildirib.

Qabriel Qarsia Markes məşhur kolumbiyalı yazıçı, jurnalist və siyasi xadim idi.