Prezident elan etdi- Bu kəndlər də azad edildi!

XALQ.AZ xəbər verir ki, Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistan işğalından azad edib. 

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”