Qondarma “Administrasiya” Xankəndindən qaçdı

Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası Yerevana köçürülüb.

XALQ.AZ xəbər verir ki, bu barədə separatçıların başçıları bildirib.

Bildirilib ki, onlar “fəaliyyətini” Ermənistan Respublikasında “davam etdirəcək”.

Qeyd edək ki, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” kimi təqdim edən Araik Arutyunyandan bir neçə gündür ki, xəbər yoxdur. Paylaşılan son məlumatda da Araikin həyatda olduğunu sübut edən hər hansı görüntü yerləşdirilməyib. Son məlumatlara görə ordumuzun keçirdiyi xüsusi əməliyyat nəticəsində Araik Arutyunyan məhv edildiyi bildirilir.