Prezident fotoqrafın toyunda

45

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayının fotoqrafçısı Yasin Bülbül və Semiha Türkmənin nikah şahidliyini edib.

 

Ərdoğan Ankara şəhərində yerləşən “Riksos” otelində mətbuata bağlı baş tutan toy mərasimində həyat yoldaşı Əminə Ərdoğanla birlikdə iştirak edib.

 

Otelə gələndə Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız və Ankara Bələdiyyə başçısı Melih Gökçək qarşılayıb.

 

Şahidliklərini prezident Ərdoğanla AKP Ankara millət vəkili Fatih Şahinin etdiyi cütlüyün nikahını Ankara Bələdiyyə başçısı Melih Gökçək kəsib.