Prezident göruşlər keçirib

 

01

 

İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul etmişdir

Prezident İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul etmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri dövlətimizin başçısını prezident seçkilərində uğurlu qələbəsi münasibətilə təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumu mədəni, humanitar və digər sahələrdə dünyada gedən proseslərin müzakirəsi üçün növbəti əlverişli fürsət kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.


 

02

İlham Əliyev Serbiyanın keçmiş prezidenti Boris Tadiçi qəbul etmişdir

Prezident İlham Əliyev Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi qəbul etmişdir.

Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 


03

İlham Əliyev Latviyanın keçmiş prezidenti Valdis Zatlersi qəbul etmişdir

Prezident İlham Əliyev Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlersi qəbul etmişdir.

Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlers yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoqun genişləndirilməsində önəmi vurğulandı, Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.


04

 

İlham Əliyev Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli qəbul etmişdir

Prezident İlham Əliyev Estoniya Respublikasının keçmiş prezidenti Arnold Rüüteli qəbul etmişdir.

Estoniya Respublikasının keçmiş prezidenti Arnold Rüütel yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi, Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

 


05

 

İlham Əliyev Rumıniyanın keçmiş prezidenti Emil Konstantineskunu qəbul etmişdir

Prezident İlham Əliyev Rumıniya Respublikasının keçmiş prezidenti Emil Konstantineskunu qəbul etmişdir.

Rumıniya Respublikasının keçmiş prezidenti Emil Konstantinesku yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış ictimai xadimlərin, görkəmli elm adamlarının iştirak etdikləri III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Rumıniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, əməkdaşlığımızın gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik bildirildi.