Prezident İlham Əliyev Ukrayna səfəri-YENİLƏNİR

 

01

İlham Əliyev Ukraynaya rəsmi səfərə yola düşmüşdür

Prezident İlham Əliyev Ukraynaya rəsmi səfərə yola düşmüşdür.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

 

*****

02

 

İlham Əliyev Ukraynaya rəsmi səfərə gəlmişdir

Prezident İlham Əliyev Ukraynaya rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Ukraynanın dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim etdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu.