“Xalq kompyuteri” layihəsi üzrə 21 min 950 kompyuter əldə olunmuşdur

05

Azərbaycanda kompyuterlərin kütləvi yayımının təmin edilməsinə yönəlmiş “Xalq kompyuteri” layihəsi uğurla davam etdirilir. Hazırda layihə çərçivəsində əldə olunan komputerlərin sayı 21 min 950-ə çatmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) AzərTAc-a bildirmişlər ki, layihə üzrə təqdim edilən kompyuter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizədək aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
“Xalq kompyuteri” layihəsi çərçivəsində orta məktəblərin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompyuter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
RİTN və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim olunur, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.