Prezident İlham Əliyevin növbəti himanist addımı vətəndaşları sevindirdi-Deputat

“Cənab prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı onun nə qədər humanist dövlət başçısı olmasının göstəricisidir”.

Bunu  danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, dövlət başçısının bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır:

“Cənab prezident bu sərəncamı ilə növbəti dəfə yüzlərlə ailəyə böyük sevinc yaşatdı. Əfv sərəncamı ümumilikdə 801 nəfərə şamil olunub. Belə ki, 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Son illərdə imzalanan müxtəlif sərəncam, fərmanların və verilən qəraların arxasında vətəndaşlarımızın daha yaxşı, firəvan yaşaması dayanır. İmzalanan əfv sərəncamların ən mühüm cəhəti törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edib, peşman olan insanların bağışlanmasıdır. Həmin şəxslərin cəzalarının bağışlanması tək onlar üçün deyil, həm də onların ailə üzvləri üçün böyük sevincidir. Düşünürəm ki, əfv olunan şəxslər dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaq və bundan sonrakı həyatlarını daha düzgün şəkildə quracaqlar”