Prezident pul ayırdı

“Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi üçün pul ayrılıb.

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyev yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10,0 (on) milyon manat ayrılıb..

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Orxan