Prezident Rusiyaya gedir

57

 

Azərbaycan prezidenti İlham Əliyev Soçidə keçiriləcək Qış Olimpiadasında iştirak edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiyadakı səfirimiz Polad Büblübüloğlu “Veçernaya Moskva” qəzetinə verdiyi müsahibədə bildirib.

“Hazırda Soçi Olimpiadasının açılışı üçün bizim prezident İlham Əliyev gəlməyə hazırlaşır. Bununla əlaqədar çoxsaylı protokol görüşləri və tədbirlər gözlənilir”-deyə P.Bülübüloğlu bildirib. Onun sözlərinə görə, hazırda dövlət başçsının səfəri çərçivəsində keçirləcək görüşlərlə bağlı qrafik hazırlanır.

Azərbaycan Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov – Yuliya Zlobina dueti (Rusiya) və xizəkçilər Patrik Brahner (Avstriya), Sedrik Notz (İsveçrə) və Qaya Bassani Antivaridir (İtaliya).

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.