Prezident icra başçıları təyin etdi

Xətai rayonuna icra başçısı təyin edilib

Prezident İlham Əliyev Rafiq Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamla Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki,  R.Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. O, 2013-cü ilin dekabrından Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, 13 dekabr 2018-ci ilə qədər bu vəzifəni Razim Məmmədov tuturdu. Həmin vaxtdan indiyədək Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boş idi.

****

Yasamal rayonuna yeni icra başçısı təyin edilib

Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Həsənov 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

****

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev Əziz Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

****

Zərdab rayonuna yeni icra başçısı təyin edilib

Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.