Prezident xəstəxanada növbə gözlədi (FOTO)

P-1

Dünyanın ən yoxsul dövlət başçısı kimi tanınan Uruqvay prezidenti Xose Muxikanın yenə öz hərəkəti ilə təəccübləndirən fotosu yayılıb.

XALQ.AZ -ın məlumatına görə, olduqca təvazökar və nəcib ölkə prezidenti sayılan Xose Muxikanın sosial şəbəkədə ötən ilin dekabr ayında çəkilmiş fotosu yayılıb. Fotoşəkil hamının marağına səbəb olub. Belə ki, 2013-cü ilin dekabr ayında vəzifəyə təyin edlən iqtisadiyyat nazirinin andiçmə mərasimində iştirak edən prezident özünü yaxşı hiss etməyib. Daha sonra isə heç kimə xəbər vermədən xəstəxanaya gedərək növbə gözləyib.

Onun özünü adi vətəndaş kimi aparması bütün xəbər medialarının və oxuyucuların diqqətini çəkib.

Qeyd edək ki, 12 min dollarlıq məvacibinin böyük qismini xeyriyyə fondlarına bağışlaan Xose Muxikanın özünün isə adi vətəndaşlardan fərqi olmayan bir evdə və şəraitdə yaşadığı bildirilir.

p-2