Prezident yeni icra başçısı təyin etdi

prezident ilham əliyev

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamla Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E.Salahov bundan əvvəl icra başçısının birinci müavini vəzifəsində çalışıb.

 

 

Orxan