Prezidentdən yeni təyinat – SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə I müavin təyin edilməsi barədə sərəncam imzalayıb. 

XALQ.AZ-ın məlumatına görə sərəncamla bu vəzifə Namiq Hümmətova həvalə olunub. 

O, indiyə qədər Komitənin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.