Vahid Əhmədov Vilayət Eyvazova təşəkkür etdi

“Dünən mənim adıma saxta “Facebook” profili açılmışdı. Çox primitiv formada Daxili İşlər Nazirliyinin və polisin ünvanına saxta statuslar yazılmış və paylaşılmışdı. Mənimlə az-çox ünsiyyətdə olan şəxslər bu cızmaqaraların mənim dəst-xəttimə, deyim tərzimə uyğun olmadığını başa düşmüş, bunun mənimlə Daxili İşlər Nazirliyi arasında qarşıdurma yaratmaq məqsədi daşıdığını mənə bildirdilər”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov özü məlumat verib.

Deputat bildirib ki, sosial şəbəkələrdə əvvəldə, indidə heç bir hesabı olmayıb:

“Təbii ki, mən bunu araşdırmalı idim. Bu məqsədlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etdim və çox qısa müddət ərzində onlar tərəfindən görülmüş tədbirlər nəticəsində həmin saxta hesab blok edildi və silindi. Mən problemin opertativ şəkildə həllinə görə nazir cənab Vilayət Eyvazova və nazirliyin kollektivinə öz təşəkkürümü bildirirəm”.