Prezidenti ölümlə hədələdilər

 

65

 

Terrorçu “İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının (təzə adı İD – “İslam dövləti”-red.) lideri, özünü “xəlifə” elan eləmiş Əbu Bəkr əl-Bağdadi Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsi ilə bağlı etdiyi çıxışında Türkiyəyə və yeni prezidentə müharibə elan edib.

əl-Bağdadinin twittredə yayılan bəyanatında deyilir: “Ərdoğan sivil insandır. Öz hərəkətlərində o, şəriəti rəhbər tutmur, idarəçiliyində İslama əməl eləmir və könüllüləri dəstəkləyir… Tezliklə siz “İslamın oğulları” qarşısında duracaqsınız… O, təcili mənə sədaqət andı içməlidir”.

Qruplaşma lideri öz davamçılarına çağırış edərək Ərdoğanı and içməyəcəyi təqdirdə öldürməyi tapşırıb, Türkiyə prezidentini “kafir” adlandırıb.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, hazırda Moskvada sığınacaq almış Edvard Snouden az öncə əl-Bağdadinin əslində kim olduğunu bildirib. Onun sözlərinə görə, o, ərəb yox, yəhudidir. Əsl adı da Şimon Eylotdur (musavat.com).