Bu istirahət mərkəzi fahişəxana çıxdı

Fahise

Xaçmazda istirahət mərkəzində fahişəxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat zamanı Nabran qəsəbəsindəki istirahət mərkəzində fahişəxana aşkarlanıb. Fahişəxananı təşkil etdiyi üçün rayon sakini Araz Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır