“Laçın” klinikası yandı

Yandi-1

Bakının Binəqədi rayonunda klinikada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən “Laçın” klinikasında qeydə alınıb.

Elektrik sayğacında meydana gələn yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində klinikaya ciddi ziyan dəyməyib.