Qaxda ağac qənimləri tutulub

Agac

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Qax rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılıb.

Əməliyyat zamanı Qaxbaş kənd sakini Akaki Tamazaşvilinin qanunsuz ağac kəsməsi və həmkəndlisi Araz Əsgərovun idarə etdiyi “ZİL” markalı avtomobildə daşıması müəyyən edilib.

Avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 5,93 kub metr meşə materialı aşkar edilib. Hazırda onların hara aparılacağı və kimlərlə işlədiyi araşdırılır.