Prezidenti tәhqir etmәk birbaşa cinayәtdir

01

 

Azərbaycan Prezidentinin şәrәf vә lәyaqәtini tәhqir etmәk birbaşa cinayәtdir.

Xalq.az  Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, Cəmil Həsənlinin debatda söylədiyi fikirlərlə bağlı çıxarılan qərar layihəsinin Baş Prokurorluğa göndərilməsinin qarşısını güclə alıb.

M.Pənahov deyib ki, Cəmil Həsənli debatda Hafiz Hacıyevin cavabını verməli idi.

Qeyd edək ki, sentyabrın 19-da İTV-də keçirilən debatda Cəmil Həsənli və Hafiz Hacıyev qanunvericiliyə zidd hərəkətlərə yol vermişdi. MSK C. Həsənliyə ciddi xəbərdarlıq, H.Hacıyevə xəbərdarlı edən qərar qəbul edib.