Prezidentin redaksiya heyəti haqqında Sərəncamı

58

 

 

“Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Redaksiya heyətinin sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri.

Redaksiya heyəti sədrinin müavini

Akif Əli Zadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

Məsul katib

Qərib Məmmədov – AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.Azərbaycan Respublikası

Redaksiya heyətinin üzvləri: Elmar Məmmədyarov — xarici işlər naziri
Şahin Mustafayev — iqtisadiyyat və sənaye naziri
Natiq Əliyev — energetika naziri
Ziya Məmmədov — nəqliyyat naziri
Heydər Əsədov — kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov — ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev — mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov — təhsil naziri
Oqtay Şirəliyev — səhiyyə naziri
Əli Abbasov — rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov — gənclər və idman naziri
Arif Vəliyev — Dövlət Statistika Komitəsinin sədri

Xoşbəxt Yusifzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti
Kamal Abdullayev — AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru
Əhliman Əmiraslanov — AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru

Abel Məhərrəmov — AMEA-nın həqiqi üzvü, Bakı Dövlət
Universitetinin rektoru
Ziyad Səmədzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov — AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix
İnstitutunun direktoru, Bakı Dövlət
Universitetinin kafedra müdiri
Məhərrəm Babayev — AMEA-nın müxbir üzvü, AMEA-nın
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.

  1. “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 318) 2-ci hissəsi ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2013-cü il.