Prezidentin Təhsil Nazirliyi haqqında Sərəncamı

Prezident İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 (dörd milyon dörd yüz altmış bir min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 Tovuz rayonu Y.Alıyev adına Hacıhəsənli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
2 Tovuz rayonu Z.Məmmədov adına Sarıtala kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
3 Tovuz rayonu Şamlıq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
4 Tovuz rayonu Qayadibi kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
5 Tovuz rayonu Qoşa kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
6 Tovuz rayonu Quşçu Qaralar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
7 Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
8 Şəmkir rayonu Talışkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
9 Gədəbəy rayonu Dördlər kənd 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 285 000
10 Gədəbəy rayonu Əyrivəng kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
11 Gədəbəy rayonu Talakənd kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
12 Daşkəsən rayonu Almalı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
13 Daşkəsən rayonu Daşkəsən qəsəbəsi 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
14 Daşkəsən rayonu Gürbulaq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
15 Göygöl rayonu Əzgilli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
Cəmi 4 461 000