Prezidentin təqdim etdiyi qanun layihələri müzakirə olunacaq

Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri müzakirəyə çıxarılacaq.

Xalq.az xəbər verir ki, bu barədə parlamentin Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planında qeyd olunub.