Prezidentlə xanımı Cəbrayıl və Zəngilana səfər etdi-Yenilənir

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

XALQ.AZ-ın xəbərinə görə, səfər barədə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşım edib.

*****

Xəbər verdiyimiz kimi, Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Məlumata görə, işğaldan azad olunmuş ərazilərə səfər zamanı dövlət başçısı Zənilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin də təməlqoyma mərasimində iştirak edib.

Təməlqoyma mərasimində kənd sakinləri də iştirak edib.

Prezident zəngilanlılarla birgə “Ağıllı kənd”in təməlini qoydu

****

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Məlumata görə, işğaldan azad olunmuş ərazilərə səfər zamanı Prezident növbəti dəfə səmimiyyəti ilə diqqət çəkib.

Belə ki, dövlət başçısı hərbçilər üçün nəzərdə tutulmuş idman kompleksində çəki daşlarını qaldırıb. İlham Əliyev əvvəlcə hərəsi 15 kq, daha sonra isə 20 kq olan çəki daşları ilə idman edib. 

59 yaşında olduğunu xatırladan ölkə rəhbəri bildirib ki, bu addımı ilə şəxsi heyətə nümunə olur.

Prezident şəxsi heyət qarşısında idman etdi

*****

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Məlumata görə, Zəngilana səfər zamanı Prezident ailə üzvləri ilə birgə Bəsitçayın sahilində də olublar.

Bunu əks etdirən fotoları Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşıb.

Prezidentin ailə üzvləri ilə Zəngilan və Cəbrayıl səfərindən

****

“Mincivan qəsəbəsi qədim yaşatyış məntəqəsidir. Burada dəmiryolu stansiyası yerləşirdi”.

Məlumata görə , bunu Prezident İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar:

“Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət bundan əvvəl mən Horadiz-Ağbənd dəmiryolunun təməl daşını qoyduq”.

Prezidentin sözlərinə görə, bu dəmiryolu Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək:

“Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Həmçinin, avtomobil yolu da açılacaq”.

****

Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Səfər çərçivəsində ölkə başçısı Cəbrayıl rayonunun girəcəyində quraşdırılmış və işğaldan azad olunduqdan sonra yenilənmiş “Cəbrayıl” yazısının önündə foto çəkdirib.

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” səhifəsində paylaşıb.

“Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə rayonun girişində ucaldılmış lövhəni biz yenidən qurduq. Eyni forma və dizaynla “Cəbrayıla xoş gəlmisiniz” lövhəsini bərpa etdik”.

Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

O bildirib ki, sözügedən löhvə işğal dövründə tamamilə sökülmüş, paslanmışdı və onun paslanmış görüntüləri mətbuatda da var:

“Ona görə də tarixi ədaləti bərpa edərək bu lövhəni yenidən qurduq. Bütün azad olunmuş şəhərləri də yenidən bərpa edəcəyik”.

****

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndində təməlqoyma mərasimində iştirak edib.

Ölkə başçısı həmçinin Zəngilan məscidinin bərpa prosesi ilə yaxından tanış olub və tikintidə şəxsən iştirak edərək hörgüyə daş qoyub.  

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.

****

Birinci Vitse-prezident Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevlə birlikdə Zəngilan rayonuna səfərindən görüntülər paylaşıb.

Mehriban Əliyevanın “Instagram” hesabından paylaşdığı videolarda Prezident İlham Əliyev Zəngilan rayonunun gözəl təbiətindən bəhs edir, çayları və meşələri tərənnüm edir.

****