Yoluxma hallarının sayında artım müşahidə olunur

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 794 mindən çox artıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 794 573 nəfər yeni koronavirusa yoluxub, 12 470 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 146 841 882, ölənlərin isə 3 104 743 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Qeyd edək ki, ardıcıl doqquzuncu həftədir ki, dünyada koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur.