Professor, rektor, direktor, müəllim: YAP-ın siyahısında daha kimlər var?

Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.

XALQ.AZ Lent.az-a istinadən xəbər verir ki, siyahıda keçmiş deputatlarla yanaşı, ilk dəfə namizədliyini verənlər də var.

İlk dəfə namizədliyini verən şəxslərin adları ilə yanaşı bəzi məlumatları da təqdim edirik:

1) 7 saylı Ordubad- Culfa seçki dairəsindən namizəd olan Cəbi Quliyev – Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru;
2) 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd olan Kübra Əliyarlı – YAP-ın Binəqədi rayon təşkilatının baş məsləhətçisi;
3) 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olan Anar Əliyev– YAP-ın Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri;
4) 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd olan Səbinə Xasıyeva;
5) 13 saylı Xəzər seçki dairəsindən namizəd olan Şəfəq Əhmədova – YAP-ın Gənclər Birliyinin koordinatoru;
6) 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olan Rauf Nağıyev – Azərbaycan Tibb Universtetinin dosenti, tibb elmlər doktoru;
7) 16 saylı Yasamal ikinci seçki dairəsindən namizəd olan İlham Səfərov – Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi;
8) 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd olan Elnur Allahverdiyev – Sloveniyanın Bakıdakı fəxri konsulu;
9) 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizəd olan Xudaqulu Rzayev- YAP-ın Nərimanov rayon təşkilatının Siyasi Şurasının üzvü;
10) 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olan Nihad Allahyarlı – “Könüllülük Akademiyası”nın rəhbəri, BDU-nun Tələbə Həmkarlar İttifaqının sədri;
11) 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd olan Sərraf Hüseynov – Azərbaycan Dillər Universtetinin rektorunun müşaviri;
12) 23 saylı Nəsimi-Səbayıl seçki dairəsindən namizəd olan Elnur Rəhimov– YAP-ın Nəsimi rayon Gənclər Birliyinin sədri;
13) 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olan Elnur Mustafayev – Metanol Zavodunun direktoru;
14) 26 saylı Sabunçu I seçki dairəsindən namizəd olan Afaq Hacıyeva – 252 saylı Məktəb-Liseyin direktor müavini;
15) 27 saylı Sabunçu II seçki dairəsindən namizəd olan Əliabbas Salehzadə – Milli Məclisin deputatı Qalib Salahzadənin oğlu, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin şöbə müdiri;
16) 28 saylı Sabunçu III seçki dairəsindən namizəd olan Xatirə Cabbarova;
17) 29 saylı Səbayıl seçki dairəsindən namizəd olan Aytən Hüseynova – YAP-ın Gənclər Birliyinin koordinatoru;
18) 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Nizaməddin Ağcayev – 280 saylı orta məktəbin direktoru;
19) 32 saylı Suraxanı III seçki dairəsindən namizəd olan Afət Həsənova – Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini;
20) 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olan Turan Əliyev;
21) 36 saylı Xətai IV seçki dairəsindən namizəd olan Kənan Rzayev – Xətai Bələdiyyəsinin üzvü;
22) 39 saylı Kəpəz I seçki dairəsindən namizəd olan Müşfiq Cəfərov – Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi;
23) 41 saylı Sumqayıt I seçki dairəsindən namizəd olan Hicran Hüseynova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri;
24) 43 saylı Sumqayıt III seçki dairəsindən namizəd olan Emin Hacıyev – Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının İdarə Heyətinin üzvü;
25) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd olan Müşfiq Məmmədov;
26) 46 saylı Şirvan seçki dairəsindən namizəd olan Azər Quliyev – Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi;
27) 50 saylı Abşeron- Qobustan seçki dairəsindən namizəd olan Elman Mikayılov– Qobustan rayon İcra Hakimiyyətinin şöbə müdiri;
28) 52 saylı Quba seçki dairəsindən namizəd olan Aysel Şeydayeva – YAP-ın Quba rayon Qadınlar Birliyinin sədri;
29) 53 saylı Quba- Qusar seçki dairəsindən namizəd olan Habil Bayramlı – YAP-ın Quba rayon Gənclər Birliyinin sədri;
30) 54 saylı Şabran- Siyəzən seçki dairəsindən namizəd olan Sadiq Qurbanov– YAP-ın qurucu üzvü, ADİU-nun müəllimi;
31) 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizəd olan Kənan Mərdanov – Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinin direktoru;
32) 57 saylı Kürdəmir seçki dairəsindən namizəd olan Nizami Qəribov– Kürdəmir Bələdiyyəsinin sədri;
33) 58 saylı Hacıqabul – Kürdəmir seçki dairəsindən namizəd olan Saleh Ələskərov– Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi;
34) 59 saylı Salyan seçki dairəsindən namizəd olan Rəşad Hacıyev;
35) 60 saylı Salyan- Neftçala seçki dairəsindən namizəd olan Etibar Axundov– Mədəniyyət Nazirliyinin əməkdaşı;
36) 61 saylı Neftçala seçki dairəsindən namizəd olan Gültəkin Sadıqova – YAP-ın Neftçala rayon təşkilatının Qadınlar Birliyinin sədri;
37) 62 saylı Saatlı seçki dairəsindən namizəd olan Əziz Ələkbərli – Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri;
38) 63 saylı Sabirabad I seçki dairəsindən namizəd olan Kamal Cəfərov – Korrupsiyaya Qarşı Mübarizə Komisiyyasının katibi;
39) 64 saylı Sabirabad II seçki dairəsindən namizəd olan Ramin Məmmədov– YAP-ın Gənclər Birliyinin sədr müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini;
40) 66 saylı Biləsuvar seçki dairəsindən namizəd olan Səyalə Şahbazova – Biləsuvar rayonu Heydər Əliyev Mərkəzinin direktoru;
41) 69 saylı Cəlilabad- Masallı- Biləsuvar seçki dairəsindən- namizəd olan Etibar Sadıqov– sahibkar;
42) 70 saylı Masallı şəhər seçki dairəsindən namizəd olan Məşhur Məmmədov– “Embawood” şirkətinin əvvəlki rəhbəri;

43) 71 saylı Masallı kənd seçki dairəsindən namizəd olan Anar İsgəndərov– tarix elmlər doktoru, professor;
44) 72 saylı Yardımlı- Masallı seçki dairəsindən namizəd olan Sərvər Əliyev – Yardımlı rayonu Qaraqaya kənd orta məktəbinin direktoru;
45) 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd olan Güloğlan Bağırov– Lənkəran şəhər Təhsil Şöbəsinin müdir müavini;
46) 79 saylı İmişli seçki dairəsindən namizəd olan Nazim Əzimov – İmişli rayon Mədəniyyət evinin rəhbəri;
47) 80 saylı İmişli- Beyləqan seçki dairəsindən namizəd olan Rüfət Muradov – YAP-ın İmişli rayon təşkilatının Gənclər Birliyinin sədri;
48) 83 saylı Ağcabədi- Füzuli seçki dairəsindən namizəd olan Rəşad Rəhimov;
49) 84 saylı Füzuli seçki dairəsindən namizəd olan Svetlana Məmmədova – Fizuli Rayon 2 Nömrəli Tam Orta Məktəbin direktoru;
50) 85 saylı Şamaxı seçki dairəsindən namizəd olan Arif Lazımov – Şamaxı rayon II Çaylı kənd ümumi orta məktəbinin direktoru;
51) 86 saylı İsmayıllı seçki dairəsindən namizəd olan Zaur Muradov – İsmayıllı rayon Peşə Tədris Mərkəzinin direktoru;
53) 87 saylı Ağsu- İsmayıllı seçki dairəsindən namizəd olan Əli Hüseynov – YAP-ın Ağsu rayon təşkilatının sədri;
54) 88 saylı Göyçay seçki dairəsindən namizəd olan Ləman Hacıyeva – Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini;
55) 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd olan Rəşad Şükürov– YAP-ın Göyçay rayon təşkilatının Gənclər Birliyinin sədri;
56) 91 saylı Ucar seçki dairəsindən namizəd olan Ramil Həsən – ictimai fəal;
57) 92 saylı Zərdab- Ucar seçki dairəsindən namizəd olan Urfan Əhmədov – Ağdaş Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi;
58) 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd olan – Fatma Yıldırım- Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resusları şöbəsinin müdiri;
59) 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd olan Qnyaz Məmmədov;
60) 95 saylı Tərtər dairəsindən namizəd olan Eldar Əsədov;
61) 96 saylı Goranboy- Naftalan seçki dairəsindən namizəd olan Anar Məmmədov;
62) 99 saylı Şəmkir kənd seçki dairəsindən namizəd olan Nurlan Həsənov;
63) 101 saylı Göygöl- Daşkəsən seçki dairəsindən namizəd olan Elşad Mirbəşir – Sosial Təhqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini;
64) 102 saylı Samux- Şəmkir seçki dairəsindən namizəd olan Nizami Səfərov – Milli Məclis Aparatının İnzibati və Hərbi Qanunvericilik şöbəsinin müdiri;
65) 104 saylı Gədəbəy- Tovuz seçki dairəsindən namizəd olan Elnarə Məhərrəmova;
66) 105 saylı Tovuz seçki dairəsindən namizəd olan Məhəbbət Hüseynova – Tovuz rayon Təhsil şöbəsinin müdiri;
67) 106 saylı Tovuz- Qazax- Ağstafa seçki dairəsindən namizəd olan Niyazi Tağıyev;
68) 110 saylı Zaqatala seçki dairəsindən namizəd olan Bəhruz Bayramov – müəllim;
69) 111 saylı Qax seçki dairəsindən namizəd olan Mahir Əfəndi – YAP-ın Qax rayon təşkilatının İdarə Heyətinin üzvü;
70) 113 saylı Şəki şəhər seçki dairəsindən namizəd olan Vüqar İsgəndərov – Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi;
71) 114 saylı Şəki kənd birinci seçki dairəsindən namizəd olan Südabər İsmayılova – Şəki şəhər Təhsil şöbəsinin müdiri;
72) 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizəd olan Rahim Həsənov – AMEA-nın Şəki Elmi Mərkəzinin Tarix və Etnoqrafiya şəbəsinin rəhbəri;
73) 116 saylı Qəbələ seçki dairəsindən namizəd olan Samir Əliyev;
74) 118 saylı Ağdam şəhər seçki dairəsindən- Farid Muradov– Ağdam rayon Təhsil şöbəsinin müdir müavini;
75) 120 saylı Cəbrayıl- Qubadlı seçki dairəsindən namizəd olan Ceyhun Məmmədov – Azərbaycan İlahiyyat İnstutunun rektoru;
76) 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan Aqil Məmmədov – Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı.