Sevinc Fətəliyevanın namizədliyi təsdiqləndi

Yeni Azərbaycan Partiyasından (YAP) olan daha bir millət vəkilinin namizədliyi qeydə alınıb.

XALQ.AZ-ın xəbərinə görə, növbəti namizədliyi qeydə alınan YAP-çı deputat  hakim partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Sevinc Fətəliyevadır.

S. Fətəliyevanın özü də məlumatı təsdiqləyib.

“Tələb olunan imzaları da yığdıq, qeydiyyatdan da keçdik”-deyə, o, bildirib.

Qeyd edək ki, S. Fətəliyeva üçüncü dəfə seçkilərə qatılır.

O, indiyə kimi iki dəfə, 2010 (4-cü çağırış) və 2015-ci ildə (5-ci çağırış) millət vəkili seçilib.

Bu dəfə təmsilçisi olduğu dairədən, 30 saylı Suraxanı birinci seçki dairəsindən seçkilərə qatılıb və 30 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

S. Fətəliyeva Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, həmçinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü,  eləcə də, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin təmsilçisidir.

Xanım millət vəkili həm də MM-in Azərbaycan-Danimarka  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Bakı Slavyan Universitetinin (BSU) kafedra müdiri,  fiologiya üzrə fəlsəfə doktorudur.

Azərbaycanın tanınmış simalarından olan-sabiq deputat, keçmiş yerli sənaye naziri-mərhum Həbib Fətəliyevin qızıdır.

Ailəlidir, bir oğlu, bir qızı var.

XALQ.AZ