Putin hərəkətə keçdi

 

40

Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT)10 sənəd imzalanıb.

 

 Düşənbə deklarasiyası, təşkilata qəbul qaydaları, ona üzv olmaq istəyən dövlətlərin vəzifələri barədə memorandum, ŞƏT-in 2025 –ci ilədək strategiyası barədə qərar və s. daxildir.

 

Dövlət başçıları təşkilata üzv olan ölkələrin ərazisindən avtomobil yükdaşımalarına əlverişli şərait yaratmaqla bağlı razılaşma sənədi imzalayıblar.

 

Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri 2015-ci ildə faşizm üzərində qələbənin 70 illiyini birgə qeyd etmək barədə də qərar qəbul ediblər.

 

Hindistan və Pakistan ŞƏT-ə üzv olmaq istədiklərini bəyan edib.

Tacikistan prezidenti İmaməli Rəhmonov ŞƏT-ə sədrliyi, bu gündən etibarən, Rusiya prezidenti Vladimir Putinə təhvil verib.