Fələstinli uşaqlar məktəblərə qayıtdı

 

76

Israillə qanlı 50 günlük müharibədən sonra Qəzza zolağında yarım milyona yaxın fələstinli uşaq yenidən məktəblərə qayıdıb.

İsrailin quru və hava əməliyyatları nəticəsində yüzlərlə məktəb binası dağılıb, 2100 nəfərdən çox fələstinli qətlə yetirilib.

Təhsil ocaqlarının çoxu yararsız vəziyyətdə olduğundan, həmçinin BMT nəzdində fəaliyyət göstərən məktəblərdən minlərlə insanın müvəqqəti sığınacaq kimi istifadə olunduğundan dərslərin başlaması 2 həftə gecikib.

BMT-nin fələstinli qaçqınlarla iş üzrə idarəsi qurumun məktəblərində hələ də 50 min sakinin məskunlaşdığını bildirib. Bununla belə bu gün Qəzza küçələri valideynləri tərəfindən müşayət olunan azyaşlı şagirdlərlə dolub. Uzun fasilədən sonra onlar yenidən təhsil ocaqlarına dönüb. Yeni tədris ilinin açılışında iştirak edən BMT-nin
komissarı Pyer Krahenbul ağır müharibədən çıxmış bütün şadirdlərə psixoloji və sosial yardımın göstərilcəyini bildirib. (anspress)