Qəbələdə ev yandı

Qebele

Qəbələ rayonunda yanğın hadisəsi baş verib.

XALQ.AZ FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 14 km aralı Daşlıca kəndində qeydə alınıb.

Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 39 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin 6 kv.m sahədə çardağının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və evə bitişik tövlə, talvar yanğından mühafizə olunub.

Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.