“Yanındayıq, əziz “Qarabağ”!”

Qenire

Millət vəkili Qənirə Paşayeva Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxan və qələbə qazanan “Qarabağ” futbol klubunun tərəfdarlarını təbrik edib.
XALQ.AZ-ın məlumatına görə, millət vəkili hər zaman “Qarabağ” klubuna dəstək olacağını ifadə edib:

“”Qarabağ” futbol klubumuzu gözəl qələbə münasibəti ilə təbrik edirəm. “Qarabağ”ın tərəfdarı olmayan azərbaycanlı olmadığı üçün hamınızı təbrik edirəm. Hər zaman qələbə arzulayırıq! Yanındayıq, əziz “Qarabağ”! İnşallah işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və bütün o gözəl torpaqlarımızda da yaxın zamanlarda belə oyunları təşkil edə bilək və bütün insanlarımız orada sənin qələbələrinə sevinsinlər”.

Qeyd edək ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Zalsburq” futbol klubları üz-üzə gəlib. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda 2-1 hesabı ilə qələbə qazanaraq meydançadan qalib ayrılıblar.