Qədim İrəvan: Hər daşı bir abidə”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elmi araşdırmalar” ictimai birliyi tərəfindən həyata keçirilən “Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filminin (azərbaycan, rus və ingilis dillərində) hazırlanması layihəsi çərçivəsində çəkilişlər artıq başa çatdırılıb. Qeyd edək ki, layihə 1 iyul – 01 noyabr 2023-cü il tarixləri əhatə edən 4 (dörd) ay müddətində icra olunacaq. Layihə rəhbəri Telman Qasımovdur.

Sənədli filmdə çəkilən respodentlər İrəvan şəhərinin tarixi abidələri, qədim küçələri, məhəllələri və qəbirstanlıqları barədə danışıblar.

Əsas məqsəd İrəvan şəhərinin əzəli Azərbaycan şəhəri olduğu İrəvandakı abidələrin, küçələrin, məhəllələrin və qədim evlərin real tarixləri və tarixi sənədlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq, beynəlxalq rəydə tarixi ədalətə və Azərbaycanın milli maraqlarına uyğun olaraq İrəvan şəhəri və onun tarixi ilə bağlı həqiqətlərin yer almasına zəmin formalaşdırmaqdır.

İrəli sürülən faktlar, həmçinin bu şəhərdə yaşamış azərbaycanlıların və hazırda yaşayan ermənilərin səsləndirdikləri ifadələrin köməyi ilə İrəvan şəhərinin əzəli-tarixi Azərbaycan şəhəri olduğunu, eyni zamanda, İrəvanda azərbaycanlılara məxsus abidələrin məhv edildiyini yaxud saxtalaşdırıldığını sübut edərək bunun Ermənistan dövlətinin məqsədyönlü siyasəti olduğunu dünyaya göstərməkdir.

Ermənistan dövləti səviyyəsində İrəvan şəhərindəki tarixi abidələrin, küçələrin, evlərin, qəbirstanlıqların məqsədyönlü şəkildə dağıdıldığını,özününküləşdirildiyini yaxud özgəninkiləşdirildiyini sübut etmək, təqdim olunan faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin etmək, yeni nəsildə qədim İrəvan şəhəri haqqında zəngin faktoloji bazanın formalaşmasına güclü təkan vermək, beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarını tutarlı və təkzibolunmaz materiallarla təchiz etməkdir.