Qənirə Paşayeva “Bir Millət, iki Dövlət” adlı   konfrans verib

XALQ.AZ xəbər verir ki, Millət vəkili Q. Paşayeva Türkiyənin Tokat vilayətində Bir Millət, iki Dövlət” adlı   konfrans verib

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Tokat vilayətində Azərbaycan – Türkiyə əlaqələri ilə bağlı “Bir Millət, iki Dövlət” adlı   konfrans verib. Konfransda Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu, Tokat valisi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova, Tokat bölgəsini ziyalıları, KİV və QHT rəhbərləri, gənclər, yüzlərlə tokatlı iştirak edib. Konfransda çıxış edən Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, ” hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir” deyib  və bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.  Konfransda çıxış edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanına bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirib və bu, əsl qardaşlıq addımıdır deyib. Müsəlman şərqində qurulan ilk cümhuriyyət olan və bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti  barədə geniş məlumat verən millət vəkili Q.Paşayeva AXC-ni quran dədələrimizin, şəhidlərimizin,  Ənvər Paşa,  Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı dedi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Tokatdan da olan dədələrimizdən  danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türkləri. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında  Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və  “dosta da, düşmənə də çox önəmli məsajlar” oldu deyib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin   Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Q.Paşayeva “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq” deyib.Millət vəkili çıxışında  Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə də çağırıb və  “bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq” deyib:” Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva “güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik” deyib. Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Konfransın sonunda Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu millət vəkili Q.Paşayevaya belə bir konfrans  üçün təşəkkürünü bildirib, onu yenidən Tokatda konfrans vermək üçün dəvət edib və Azərbaycan-Türkiyə əlaqələri, Türk Dünyası ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini deyərək ona plaket təqdim edib. Millət vəkili Q.Paşayevaya və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırovaya Tokatla bağlı xatirə hədiyyələri də təqdim  edilib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində gənclərin suallarını da cavablandırıb, KİV-lərə geniş müsahibə verib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

******

 

 

Tokat 2-ci Kitab Fuarında millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi oldu

 

 

 

 

 

 

 

 

 

Türkiyənin Tokat vilayətində 2-ci Kitab Fuarı çərçivəsində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi keçirilib. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər. Millət vəkili Q.Paşayeva Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğluna bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirib və bunun böyük önəmi barədə fikirlərini bölüşüb. Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmnun olduğunu deyib. Millət vəkili Q. Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə də danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”,- deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb. “Müəllifi olduğum kitablara, özəlliklə Azərbaycana olan böyük diqqət bizi çox duyğulandırdı”, – deyən millət vəkili Q.Paşayeva  gəncləri maraqlandıran suaları da cavablandıırıb və bələdiyyə  başqanı, Tokat vilayətinin rəsmiləri, aydınları ilə birlikdə Kitab Fuarını da gəzib və yazarlarla, sakinlərlə geniş söhbət edib və Azərbaycanla bağlı onları maraqlandıran sualları və fikirləri də cavablandırıb.  Bir çox yazarlar millət vəkili Q.Paşayevaya kitablarını hədiyyə edərək qardaş Azərbaycana gəlməyi və görməyi çox istəyirik deyiblər və Q.Paşayeva onları ölkəmizə dəvət edib və yaradıcılıqlarında Azərbaycana da yer ayıracaqlarına ümidvar olduğunu deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda Tokatda Kitab evində gənclərlə görüşüb, onlara Azərbaycandan danışıb və suallarını geniş cavablandırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.