Qənirə Paşayeva fəxri vətəndaş oldu

 

3

Karabük bələdiyyə başqanı Rafet Vergili başkanlığında keçirilən bələdiyyə toplantısında Bələdiyyə məclisinin sədri Rafet Vergili tərəfindən irəli sürülən bu təşəbbüsü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə sədri tərəfindən irəli sürülən təklifdə və onun çıxışında vurğulanıb ki, Türk Dünyası üçün birlik və bərabərliyimiz üçün çalışan, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, yazdığı kitab və çıxışları ilə Karabükün tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı ona Karabükün Fəxri Vətəndaşı adı verilməsini müsbət addım olardı. Qənirə Paşayevanın Türkiyəni, xüsusilə Karabükü fəxri elçisi olaraq hər zaman tanıtdığını və təbliğ etdiyini vurğulanaraq millət vəkilinin Karabük fəxri vətəndaşı adı ilə təltif edilməsi təklif edilib. Müxtəlif tədbirlər, konfranslar çərçivəsində tez-tez Karabükə gələn Q.Paşayevanın Karabükü anlatdığı ” Doğmaca evim kimi-Karabük” başlıqlı böyük tanıtım yazısı və Karabükü hər zaman sevgi ilə təbliğ etməsi ilə Karabüklülərin rəğbətini qazandığı vurğulanıb. Bələdiyyə başçısı Rafet Vergilinin rəhbərliyi ilə keçirilən toplantıda bələdiyyə başçısının təklifİ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub. Bildirilib ki, Fəxri Vətəndaşlıqla bağlı rəsmi sənəd yaxın günlərdə Karabük bələdiyyəsində də təşkil olunacaq rəsmi tədbirlə millət vəkili Qənirə Paşayevaya təqdim ediləcək.

Millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində bu qərara görə Karabük bələdiyyəsinə təşəkkür edib.”Karabük bələdiyyə məclisinə, başqanı dəyərli Rafet bəyə və bütün məclis üzvlərinə məni Karabük fəxri vətəndaşlığına layiq gördüklərinə və fəxri hemşeri adı verilməsi ilə bağlı qərar qəbul etdikləri üçün təşəkkür edirəm.