Qənirə Paşayeva Lordla görüşdü

 

03

Millət vəkili Qənirə Paşayeva Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Şeyx Məhəmməd İltafla görüşüb.

 

Xalq.az-ın verdiyi xəbərə görə, görüşdə Qarabağ münaqişəsindən danışılıb.

Lord Şeyx Məhəmməd İltafı görüşdən məmnunluğunu ifadə edən Qənirə Paşayeva Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib.

Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə daha da inkişaf etdiyini deyib.

Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən millət vəkili iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib.

Millət vəkili Qənirə Paşayeva eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.

Azərbaycana bir neçə dəfə səfər etdiyini və çox bəyəndiyini və Azərbaycanın getdikcə daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu deyən Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Şeyx Məhəmməd İltaf Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını deyib.

İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini deyən Lord Şeyx Məhəmməd İltaf yaxın zamanlarda təkrar Azərbaycana səfər edəcəyini də deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi də aparılıb.