Qənirə Paşayeva seçicilərin problemlərini həll etdi

Millət vəkili Qənirə Paşayeva parlamendtə təmsil etdiyi 105 saylı Tovuz rayon seçki dairəsinə aid olan bir sıra kəndlərdə vətəndaşlarla görüşüb, onların qayğıları ilə maraqlanıb. XALQ.AZ-ın məlumatına görə görüşlərdə, seçicilərin daha öncə qaldırmış olduğu müxtəlif sosial məsələlərlə bağlı atılmış addımlar haqqında danışan Millət vəkili, əlaqədar dövlət orqanlarının alınmış cavabları onların diqqətinə çatdırıb. Q.Paşayeva deyib ki, seçicilərin, o cümlədən sərhədyanı kəndlərdə yaşayan vətəndaşlarımızın, özəlliklə şəhid ailələrinin, müharibə veteranlarının istək və qayğıları daim diqqətdədir. Hər gün ünvanına onlarla məktub daxil olduğunu və onların vaxtında cavalandırıldığını deyən Millət vəkili, eləcə də, fərqli rabitə vasitələri ilə daxil olan müraciətlərin ardıcıllıqla öyrənildiyini, tədbir görülməsi üçün müvafiq dövlət orqanlarına göndərildiyini bildirib.Q.Paşayeva hər bir Millət vəkilinin, məmurun dövlət başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa yanarürəkli xidmətindən örnək almalı olduğunu deyib. Bu ilin iyulunda Tovuza xain düşmən hücumu, erməni hərbi təxribatı ilə ölkəmizin ən yeni tarixində yeni dönəm başladığını qeyd edən xanım Millət vəkili, müzəffər ordumuzun yeni qələbələrlə sevindirəcəyinə xalqımızın hər bir fərdi kimi tovuzluların da sarsılmaz inamından qürur duyduğunu deyib.Özəlliklə, indiki həssas dönəmdə, hər kəsin məsələlərə “Söhbətin mövzusu Vətənsə, gerisi təfərrüatdır” kəlamının ruhu ilə yanaşmalı olduğunu vurğulayan Q.Paşayeva, bu kəlamı “Ən vətənpərvər insan öz işini yaxşı görən insandır” kəlamının çox uyğun şəkildə tamamladığını bildirib.

XALQ.AZ