Ukraynalı deputatlardan Azərbaycana dəstək

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərindən narahatlıq ifadə edən məktub ünvanlayıblar.

Bu barədə XALQ.AZ-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.


Məktubda ukraynalı deputatlar mülki əhalinin hərbi əməliyyatların tərəfi olmadığını vurğulayaraq, Ermənistan;n beynəlxalq hüquqları pozma cəhdlərini qətiyyətlə pisləyiblər.

Ukraynalı parlamentarilər mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək münaqişənin daha da genişlənməsinin qəbuledilməz olduğunu və Ukraynanın əvvəlki kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək? qarşıdurmanın sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd etmişlər.