Qənirə Paşayeva tələbələrlə görüşdü

 

 

24

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Nevşəhər və Giresun şəhərlərində təhsil alan Azərbaycanlı tələbələrlə görüşüb.

Xalq.az xəbər verir ki ,  görüş zamanı millət vəkili gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində daha fəal olmağa çağırıb.

Tələbələr ilə görüşdə millət vəkili Q.Paşayeva ilk öncə onlara təhsillərində uğurlar arzulayıb və oxuduqları təhsil müəssisələrində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Azərbaycanlı tələbələrin ölkəmizi xaricdə

təmsil edən nümayəndələri də olduğunu deyən millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu bildirib:

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır”.

Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin

“Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.

Millət vəkili Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial

şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. “Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə müəyyən məlumatlar vermək imkanına malik oluruq”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.

Q.Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb.

Görüşün sonunda millət vəkili azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.