Qənirə Paşayeva yaralı əsgərlə görüşdü – (FOTO)

G-3

Milli Məclisin deputatı Qənirə Paşayeva Ankarada müalicə olunan yaralı əsgərimizə baş çəkib.

XALQ.AZ xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan və müalicə üçün Türkiyənin paytaxtı Ankaraya göndərilən əsgərimiz Elivinlə görüşən parlamentin deputatı Qənirə Paşayeva təəssüratlarını bölüşüb:

“Ankarada xəstəxanada Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan qardaşlarımızda olan Elvini ilk dəfə Bakıda Hərbi qospitalda reanimasiya şöbəsində ziyarət edəndə çox ağır vəziyyətdə idi.

Reanimasiyadan çıxanda qapıda xəbər gözləyən əzizlərinə vəziyyətin nə qədər ağır olduğunu bildiyimiz halda həkimlərlə birlikdə yaxşı olacaq dedik. Dövlətimizin və qardaş Türkiyənin rəsmilərinə təşəkkür edirik ki, ağır vəziyyətdə olan yaralı əsgər və hərbçilərimizdən bir neçəsinin Ankarada müalicələrini davam etdirmələri üçün böyük dəstək göstərdilər və hər zaman yanlarında oldular. Elvinlə geniş söhbət etdik və onun getdikcə daha da yaxşılaşan görməkdən çox sevindik.

Qorxmaz, cəsarətli və vətənpərvər bir qardaşımızı daha yaxından tanımaqdan çox məmun oldum. Öz istəyi ilə ön cəbhədə qulluq edən Elvinin sağalan kimi yenidən ön cəbhəyə qayıtmaq istəyi isə bir çox gənclərimiz üçün örnək olmalıdır.

Elvinlə toydan, nişanlısından da danışdıq. Toyumda mütləq sizi gözləyəcəm dedi. Mən də inşallah mütləq gəlib sizi təbrik edəcəm dedim. Sonra nikah şahidliyi dəvəti gəldi və mən də sevərək qəbul etdim.

Dualarınızı Elvin qardaşımız üçün əksik etməyin. İnanıram ki, inşallah bizə bu böyük ağrıları yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq. Elvin qardaşımız dövlətimiz, xalqımızına, qardaş Türkiyənin onlara diqqətindən razılığını da etdi. İnşallah qısa zamanda sağalasan dəyərli qardaşımız və sənin toyunda sənin arzuladığın kimi iştirak edə bilməyi Allah bizə nəsib etsin!

Dualarınızı əksik etməyin!”

G-1

G-2

G-3

G-4