AGAT-ın Forumu yekunlaşdı

Q-1

Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 18-22 sentyabr, 2014-cü ildə Bakıda və Fizuli şəhərlərində keçirilən Gənclərin Beynəlxalq Sülh Forumu yekunlaşdı.                                                                                  Qeyd edək ki, forumun əsas məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa – Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verməkdir. Forum çərçivəsində 14 ölkədən – Finlandiya, Ruminiya, Xorvatiya, Litva, Latviya, Yunanıstan, Macarıstan, Çexiya, Niderland, Ukrayna, Türkiyə, Böyük  Britaniya, Gürcüstan və Moldovadan 20 nəfər sülh qurucuları, ekspertlər və xarici QHT nümayəndələri iştirak etdi. Belə ki, Forumun açılış mərasimi 19 sentyabr, Fizuli Rayon İcra Hakimiyyətində keçirildi və AGAT-ın sədr müavini Nərgiz Xələfin çıxışı ilə açıq elan olundu. Açılış mərasimində Fizuli Rayon İcra Hakimiyyətinin müavini Bağır Aslanov şəhər haqqında məlumat verərək, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq istəyini xarici iştirakçıların nəzərinə çatdırdı. Eyni zamanda iştirakçılar Fizuli Rayonu 3 saylı orta məktəbdə təhsil alan qaçqın və məcburi köçkün şagirdlərlə görüşdülər. Uuşaqların həyatı ilə yaxından tanış olan iştirakçılar hər gün güllə səsi eşidən azyaşlıların sülhlə bağlı müsbət fikirlərini və rəsm işlərini gördükdə böyük təəccüb yaşadılar. Daha sonra iştirakçılar qaçqın və məcburi köçkünlərin Horadis şəhərində məskunlaşdıqları düşərgəyə səfər etdilər, onların həyat tərzi ilə yaxından tanış oldular.

Forumun növbəti günü Bakı şəhəri Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova ilə rəsmi görüş keçirildi. Görüşdə İnsan Hüquqları Müvəkkili Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hüquq çəçivəsindən yanaşaraq qaçqın və məcburi koçkünlərin insan haqlarını iştirakçıların nəzərinə çatdırdı. Həmin gün Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ilə görüş keçirildi. Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsinin yaranmasının tarixi kökləri, 20 ildir aparılan diplomatik görüşlər, münaqişə ilə bağlı beynəlxalq prinsiplər haqqında məlumat verdi. Forumun son günü, BMT tərəfindən təsis olunmuş 21 sentyabr Beynəlxalq Sülh günündə həyata keçirildi. Bağlanış mərasiminə Prezident Administrasiyası, AR Prezidenti yanında Gənclər Fondu, AR Qaçqınların və Məcburi Köçkünlərin Işləri Üzrə Dövlət Komitəsi nümayəndəsi, və digər dövlət qurumlarının nümayəndələri həmçinin QHT sədrləri və KİV nümayəndələri iştirak etmişdir. Forumun yekun konfransında Böyük Britaniya, Türkiyə, Litva, Finlandiyanı təmsil edən iştirakçılar  işğal olunmuş ərazilərlə sərhəd bölgələrində keçirdikləri görüşlərdə yaranan təsürratlarını, ölkəmiz haqqında fikirlərini bölüşərək, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respubliksının ərazi bütövlüyü çərçivəsində həll olunaraq regionda sülhün bərqərar olunmasını arzu etdilər.  Konfransın rəsmi hissəsi bitdikdən sonra 4 gün davam edən Gənclərin Beynəlxalq Sülh Forumu konsert proqramı ilə yekunlaşdı.                                                                                                                     Vurğulanmalıdır ki, Avropanın kütləvi təşkilatlarından hesab edilən, İngiltərədə fəaliyyət göstərən “Peace One Day” təşkilatı Forumun qonağı oldu. “Peace One Day” təşkilatının sosial şəbəkələrdə izləyiciləri 1 milyonu keçir.

Q-1

Q-2

Q-3

Q-4

 

5 6 7