Tovuzda bədbəxt hadisə

Tovuz-1

Ötən gecə Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

XALQ.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Qaradaş kəndində qeydə alınıb.

Tovuz polis bölməsindən verilən məlumata görə, kənd sakini Zirəddin Əsədov qayalıq ərazidə gəzərkən qəflətən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hazırda baş verən hadisə pollis tərəfindən araşdırılır.