Qənirə Paşayevadan mühüm təkliflər

Qanira

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında cəbhə bölgəsində yaşayan əhali ilə bağlı yeni təklif səsləndirilib.

XALQ.AZ-ın məlumatına görə, deputat Qənirə Paşayeva bu təkliflə çıxış edib.

O qeyd edib ki, bu gün orada yaşayan əhali faktiki olaraq atəş altındadırlar: “Əlbəttə, Milli Ordu düşmənə layiqincə cavab verir. Ancaq bu gərginlikdə yaşayan uşaqlarla digər rayonda yaşayanlar arasında fərq var. Təklif edirəm ki, bu bölgələrdə yaşayan tələbələr ödənişdən azad olunsun. Digər bir təklifim bu bölgədən olanların kommunal xərclərdən azad olunmasıdır. Daha sonra isə həmin ərazilərdə iş yerləri açanların vergidən azad olunmasını və digər bu kimi güzəştlərin tətbiq olunmasını təklif edirəm”.