Qəzənfər Ağayev kənd sakinləri ilə görüş keşirib

 

26

Kijəbə qəsəbəsi və ətraf kəndlər çay plantasiyaları və sitrus bağları ilə həmişə göz oxşayıb, ötən əsrin yetmişinci illərində təşkil olunan təsərrüfatlar indi də bənzərsizliyi ilə seçilir. Xalq.az xəbər verir ki,, İl ərzində çəkdikləri zəhmətin bəhrəsinə sevinən kənd sakinləri rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşdə bu il sitrus bağlarında bol məhsulun olduğunu xüsusi olaraq vurğulayıblar.

Görüşü Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rafael Babayev açaraq qeyd edib ki, Ojakəran kəndinin 465 təsərrüfatı, 2000 nəfər əhalisi, 1 tam orta məktəbi, 1 mədəniyyət evi, 1 kitabxanası vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuuq və heyvandarlıqdır.
Kənd ağsaqqalı, əmək veteranı Seyidağa Məlikov çıxış edərək 16 il Kijəbə qəsəbə sovetinin sədri vəzifəsində işlədiyini və həmin dövrdə ulu öndər Heydər Əliyevin 8 dəfə qəsəbədə olmasını, zəhmətkeşlərlə görüşünü fərəhlə diqqətə çatdırıb. Məhz həmin illərdə qəsəbənin inkişafına xüsusi diqqət yetirən Heydər Əliyevin əziz xatirəsinin heç vaxt unudulmayacağını qeyd edən ağsaqqal, onun siyasi varisi, yenidən prezident seçilən möhtərəm cənab İlham Əliyevin qələbəsinə bütün sakinlərin ürəkdən sevindiklərini bildirib.
Ölkə Prezidentinin diqqət və qayğısı ilə ölkəmizdə görülən genişmiqyaslı işlərdən razılıq edən kənd sakinlərindən Şadoğlan Talıbov, Zaur Rəfiyev və başqaları eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, bu işdə rayon rəhbərliyinin gərgin və səmərəli əməyini xüsusi qeyd ediblər. Onlar ölkəmizin inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin səmərəli fəaliyyətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdırıblar.
Çıxış edənlər eyni zamanda kəndin sosial məsələləri barədə təkliflər irəli sürərək kənddə yeni məktəb binasının tikintisi, kənddaxili yolun asfaltlaşdırılması, elektrik dirəkləri və naqillərinin yenisi ilə əvəz edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Ojakəran kənd sakinləri ilə növbəti dəfə keçirilən səmərəli və işgüzar görüşdən razı qaldığını bildirib. Prezident seçkilərində fəallıq göstərdiklərinə, Heydər Əliyev ideyelarına, onun layiqli davamçısına, Vətənimizin və xalqımızın xoşbəxt gələcəyinə səs verdiklərinə görə kənd sakinlərinə minnətdarlıq edərək bu qələbəyə görə onları təbrik edib.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini, bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bütün sahələrdə inkişaf və tərəqqinin olduğunu, quruculuq və abadlıq işlərinin gündən-günə geniş vüsət aldığını diqqətə çatdırıb. Bildirib ki, təkcə Kijəbə qəsəbəsində 10 kilometrdən artıq yol asfaltlaşdırılıb, küçə və səkilərdə təmir işləri aparılıb, yeni hasarlar hörülüb. Qəsəbənin mərkəzində Ulu Öndərin adına park salınıb, abidəsi ucaldılıb. Qəsəbənin və ətraf kəndlərin çay plantasiyaları, sitrus bağlarının suvarılması üçün nəzərdə tutulan, 60-70-ci illərdə tikilmiş su anbarının əsaslı təmiri bu təsərrüfatların daha səmərəli inkişafına böyük köməklik edəcəkdir. Bütün bunlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin xalqına olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.
İcra başçısı kənd sakinlərinin qaldırdıqları məsələlərə münasibət bildirərək kənd məktəbi üçün yeni binanın tikintisinə 2014-cü ildə, 2 kilometrlik kənddaxili yolun asfaltlaşdırılmasına isə havalar imkan verəcəyi halda qısa müddətdə başlanacağını diqqətə çatdırıb.