“Qablaşdırmanın üzərində suyun mənbəyi düzgün göstərilmir” – Vətəndaş

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlanışdan sonra məcburi göstəriş verilərək marketlərdən yığışdırılan “Vita1000” suları yenə istehlakçını aldadır.

Faktı vətəndaş Aynur Əliyeva ictimailəşdirib. O bildirib ki, qablaşdırmanın üzərində suyun mənbəyi düzgün göstərilmir:

“”Vita1000” sularının mənbəyi Oğuz Qəbələ Bakı su kəməridir. Bir neçə həftə öncə AQTA qablaşdırılmış suları yoxlayıb və uyğunsuzluq, nöqsanları aradan qaldırmaq üçün məcburi göstəriş verib. “Vita1000″ suları bu göstərişə uyğun olaraq suyun mənbəyi kimi Oğuz Qəbələ Bakı su kəmərini göstərməli idi. Bir ara göstərdi də, amma bu yaxınlarda yenə insanları aldatmağa, suyun mənbəyini Böyük Qafqaz sıra dağları kimi yazmağa başlayıblar. Suyun mənbəyi nədirsə onu da yazsınlar, insanları aldatmasınlar”.