“Beynəlxalq müstəvidə də Ermənistanın iç üzünü dünya ictimaiyyətinə göstərməliyik” – Deputat

“Ermənistan törətdiyi bütün təxribatlardan sonra bir daha əmin oluruq ki, sülh barədə düşünmür. Hazırda qarşı tərəfin tək məqsədi təxribatlar törədərək, sülh prosesini uzatmaqdır”. Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın sülhlə bağlı apardığı danışıqlar, atdığı addımlar onların yalanlarını üzə çıxarır: “Buna baxmayaraq biz bölgədə sülhün yaradılması üçün çalışırıq. Çünki bizim çox böyük hədəflərimiz var. Bu yolu getmək çox çətin olsa da, biz davamlı olaraq addımlar atır, sülhə çatmaq üçün çalışırıq. Eyni zamanda beynəlxalq müstəvidə də Ermənistanın iç üzünü dünya ictimaiyyətinə göstərməliyik”.