Qadın mafioz qohumlarını tutdurdu

mafia

İtaliya polisi qüdrətli mafiya qəbiləsindən olan Kaççola qrupunun bir neçə üzvünü həbs edib.

XALQ.AZ-ın məlumatına görə, onlar Avropada kokain ticarəti ilə məşğul olmaqda ittiham edilirlər.
Kaççola qəbiləsi kalabriya mafiyası Ndranqetuya daxildir. Onların əsas gəliri narkoticarətdən çıxır.

Həbslər İtaliya, Almaniya və Niderlandda keçirilib.

Polisin mafioz dəstəni saxlamasına qəbilə üzvlərindən birinin dul arvadı kömək edib. Ərinin intiharından sonra qohumları ərinin ölümündə iştirakda onu ittiham etməyə başladıqlarından qadın onlardan belə qisas alıb.

Qadın qohumların pis rəftarına dözməyib və uzun vaxt ərzində polislə əlaqə saxlamağa çalışıb.