Sürücü qəzada öldü

Morq

Azərbaycanda minik maşınının sürücüsü qəzada ölüb.

Hadisə Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində baş verib.

Belə ki, Qobustan rayonunda “Shacman” markalı yük avtomobili ilə “Honda” markalı minik avtomobili toqquşub.

XALQ.AZ-ın məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsünün cəsədi sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.