“Qarabağ” Avropa Liqasında

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Polşanin “Rakuv” klubunu qəbul edib.
Qonaqlar 52-ci dəqiqədə Fran Tudorun qolu ilə hesabı açıb.
Ağdam təmsilçisi Redon Cica ilə 60-cı dəqiqədə hesabı bərabərləşdirib.
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıraraq, Avropa Liqasına davam edəcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu

2 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa)
Bakı Olimpiya Stadionu. Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun – 2:3
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
“Rakuv”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Papanikolau, 11. Con Yeboa, 9. Zvaolinski, 77.Çebulya
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Viladislav Köçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski